AZ

Xocavəndə növbəti köç karvanı ilə 18 ailə yola salınıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 6 ailə - 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə - 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə - 20 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.(azərtac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
23
bizimyol.info

10Mənbələr