AZ

ÜST MV Hondius gəmisində aşkarlanan hantavirus hallarının sayını açıqlayıb

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) baş direktoru Tedros Adhanom Qebreyesus MV Hondius kruiz gəmisindəki 11 sərnişinin hantavirus testinin müsbət nəticə verdiyini açıqladı.

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

Onun İspaniya Baş naziri Pedro Sançeslə birgə mətbuat konfransındakı çıxışı ÜST-ün rəsmi sosial media hesabında yayımlanıb.

ÜST rəhbərinin sözlərinə görə, bütün yoluxma halları gəminin sərnişinləri və ya heyət üzvləri arasında aşkarlanıb, onlardan doqquzunda And virusuna yoluxma halı təsdiqlənib, digər ikisi isə ehtimal olunandır.

Qebreyesus qeyd edib ki, bütün şübhəli və təsdiqlənmiş hallar təcrid olunub və ciddi tibbi nəzarət altındadır.

O bildirib ki, bu, virusun daha da yayılma riskini istisna edir.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
icma.az

1Mənbələr