AZ

Arestoviç Putin və Zelenski arasında görüş üçün şərtləri açıqladı

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezident Aparatının keçmiş müşaviri Oleksiy Arestoviç YouTube-da bildirib ki, dövlət başçıları Vladimir Putin və Zelenski yalnız sülh müqaviləsi 95 və ya 99 faiz tamamlandıqdan sonra görüşəcəklər.

Gununsesi.info-nun xəbərinə  görə, Arestoviç deyib:

“Onlar razılaşma üçün konkret material olduqda görüşəcəklər. Gündəliyin 95 və ya 99 faizi barədə razılığa gəldikdə. Liderlər yalnız gündəm tam razılaşdırıldıqdan sonra görüşürlər. Onlar detalları müzakirə edəcək, gözəl şəkildə imzalayacaq və mətbuat konfransı keçirəcəklər”.

Onun sözlərinə görə, “heç kim danışıqlara gəlmir, hamı imzalamağa gəlir”.

Analitik qeyd edib ki, belə vəziyyətlərdə liderlər yalnız sənədləri razılaşdırmaq üçün görüşürlər. Buna görə də, görüş yalnız mövqelər razılaşdırıldıqdan sonra baş tuta bilər. Lakin Arestoviç bunun “çox tezliklə” baş verəcəyini bildirib.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr