AZ

SDU-nun tələbəsi: WUF13-lə bağlı tədbirdə verilən informasiyalar çox aktual idi

WUF13-lə bağlı tədbirdə verilən informasiyalar çox aktual və maraqlı idi.

Bunu "Far.Az"un yerli bürosuna açıqlamasında Sumqayıt Dövlət Universitetində (SDU) təşkil olunan WUF13-lə əlaqədar məlumatlandırma sessiyası haqqında danışan SDU-nun Mühəndislik fakültəsinin 3-cü kurs tələbəsi Oruc Quliyev deyib.

O bildirib ki, şəhərsalma və müasir infrastruktur mövzularında keçirilən belə tədbirlər tələbələrin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

"WUF13 kimi beynəlxalq forumların Azərbaycanda keçirilməsi gənclər üçün böyük imkanlar yaradır. Burada təqdim olunan mövzular, innovativ yanaşmalar və şəhərlərin gələcək inkişaf modelləri bizim üçün olduqca maraqlıdır. Düşünürəm ki, bu cür tədbirlər tələbələrin bilik və dünyagörüşünün artmasına ciddi töhfə verir".

Seçilən
42
far.az

1Mənbələr