AZ

"Cənubi Qafqaz geosiyasi rəqabət mərkəzinə çevrilib" - Deputat

"Bəzi xarici qüvvələr və dövlətlər də bu proseslərdə iştirak edirlər. Onlar Cənubi Qafqazı və burada baş verən prosesləri nəzarətdə saxlamaq istəyirlər. Bu məqsədlə seçki prosesləri üzərindən müxtəlif hibrid müdaxilə cəhdləri həyata keçirərək regiondakı nüfuzlarını artırmağa çalışırlar".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Cənubi Qafqaz son illərdə həm nəqliyyat qovşağı, həm nəqliyyat dəhlizləri sistemi, həm də yeni güc mərkəzi kimi əhəmiyyətini artırıb. Orta Asiya ilə birlikdə baxdıqda Türk dünyasının inteqrasiyası və güclənməsi prosesi gedir. Bundan əlavə, burada çox böyük enerji və mineral resurslar mövcuddur. Ona görə də müxtəlif güclər bu coğrafiyada təsir mexanizmlərini qoruyub saxlamaq istəyirlər. O cümlədən Zəngəzur dəhlizi bəzi ekspertlərin “TRIPP dəhlizi” adlandırdığı marşrut üzərində nəzarəti əldə saxlamaq niyyəti də həmin strategiyanın tərkib hissəsidir. Mən yekunda qeyd etmək istərdim ki, bütün bu proseslər fonunda Azərbaycan çox önəmli və etibarlı tərəfdaş kimi görünür. Dünya miqyasında müharibələrin və qeyri-sabitliyin artdığı bir dövrdə Azərbaycan sabitliyini qoruyan ölkələrdən biridir. Azərbaycan özünəinamlı siyasət yürüdür, yeni layihələr və təşəbbüslərlə çıxış edir, o cümlədən yaşıl enerji dəhlizləri ilə bağlı mühüm ideyalar irəli sürür.

Nəzərə alsaq ki, dünyanın bir çox bölgəsində qeyri-sabitlik hökm sürür, Azərbaycan özünü kifayət qədər inamlı aparır, xarici siyasətini milli maraqlar üzərində qurur və xarici təzyiq və basqılardan çəkinən bir dövlət kimi davranmır. Prezidentimizin vizyonu çox aydındır Azərbaycanı regionun etibarlı və güclü mərkəzlərindən birinə çevirmək".

Xədicə BAXIŞLI

Seçilən
35
redaktor.az

1Mənbələr