AZ

"Azərbaycan öz maraqlarını qorumaq gücündədir" - deputat

Ermənistan Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyində keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Deputat deyib ki, Ermənistanda keçiriləcək seçkilərdən bu ölkədəki bir sıra daxili qüvvələr və xarici mərkəzlər Cənubi Qafqazda sabitliyi pozub bölgəyə təsir imkanları əldə etmək istəyirlər:

"Azərbaycan bu cür təhdidlərdən qətiyyən çəkinmir. Azərbaycan güclü dövlətdir və istənilən prosesdə öz maraqlarını qorumaq gücündədir".

Etibar Seyidağa
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr