AZ

FT: Neft korporasiyaları Alyaskada kəşfiyyat işlərini yenidən bərpa edir

Neft-qaz şirkətləri son aylarda Alyaskada 2010-cu illərdə dayandırılmış yeni yataqların kəşfiyyatı işlərini yenidən aktivləşdirirlər. Bu barədə “Financial Times” yazır. Bu proses ABŞ prezidenti Donald Tramp administrasiyasının ştatda enerji daşıyıcılarının hasilatının artırılmasını təşviq etdiyi bir dövrdə baş verir.

“Wood Mackenzie” tədqiqat şirkətinin hesablamalarına görə, 2025-ci ildə Alyaskada neft sənayesinə yatırılan kapital qoyuluşları rekord həddə — 5 milyard dollara çatıb. Müqayisə üçün 2024-cü ildə bu göstərici 4,1 milyard dollar olub.

Mart ayında bir neçə şirkət, o cümlədən “ExxonMobil” və “Shell” Alyaska ərazisində yataqların işlənməsi üçün torpaq sahələrinin icarəsinə ümumilikdə 163 milyon dollar ödəyib.

ABŞ-nin “ConocoPhillips” və Avstraliyanın “Santos” şirkətləri də həmin ərazidə yeni yataqların kəşfiyyatı və işlənməsi üçün torpaq icarəsi ilə bağlı müraciətlər təqdim ediblər.

“Santos” və “Repsol” tərəfindən işlənən Pikka yatağının artıq may ayında fəaliyyətə başlayacağı gözlənilir. Burada gündəlik 80 min barelə qədər neft hasil olunacağı proqnozlaşdırılır.

“ConocoPhillips” şirkətinin Willow yatağının isə 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır. Gözləntilərə görə, həmin yataqda gündəlik hasilat 180 min barel təşkil edəcək.

Seçilən
39
banker.az

1Mənbələr