ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Saatlı rayonunda qarajdan meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə mayın 11-i saat 14 radələrində Saatlı şəhərində baş verib.
1978-ci il təvəllüdlü Kamil Cəmil oğlu Əliyevin meyiti atasına məxsus evin həyətindəki qarajda aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.