Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"İran silahlı qüvvələri Hörmüz boğazında və ətrafında hərəkətləri izləyir"
“Tehran regiondakı hadisələri yaxından izləyir və ərazi sularının və ya maraqlarının pozulmasına dözməyəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanmasının yüksək vəzifəli rəsmisi Məhəmməd Əkbərzadə deyib.
SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi komandir müavini M.Əkbərzadə bildirib ki, İran silahlı qüvvələri Hörmüz boğazında və ətrafında hərəkətləri izləyir və “təxribatçı hərəkətlərə cavab verməyə hazırdır”.
Əkbərzadə televiziya ilə yayımlanan çıxışında deyib: "İran İslam Respublikası regiondakı hərəkətləri dəqiq və səlahiyyətli şəkildə izləyir və sularının və maraqlarının pozulmasına dözməyəcək".
Əkbərzadə həmçinin bildirib ki, İran əsas qlobal neft daşıma marşrutu olan Hörmüz boğazına daha geniş strateji yanaşma tətbiq edib və ölkənin donanması ərazidə aktiv olaraq qalır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.