AZ

Sədr müavini: Orta Dəhliz Avropa ilə Asiya arasında ən perspektivli logistika istiqamətlərindən birinə çevrilməkdədir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Bu gün Xəzər regionunda nəqliyyat və logistika əməkdaşlığının inkişafı baxımından əlamətdar hadisənin şahidi oluruq. Türkmənistanda inşa edilmiş ilk quru yük gəmisi “Gadamly” artıq Bakı Limanı və Türkmənbaşı limanı arasında konteyner daşımalarının həyata keçirilməsinə cəlb olunur. Bu hadisə yalnız yeni bir gəminin xəttə qoşulması deyil, bütövlükdə Orta Dəhlizin, o cümlədən Avrasiya Nəqliyyat Marşrutunun inkişafına verilən mühüm töhfədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev “Gadamly” yükdaşıma gəmisinin qarşılanma mərasimində deyib.

Onun sözlərinə görə, Orta Dəhliz üzrə yükdaşımaların həcmi sürətlə artır.

“Region ölkələrinin koordinasiyalı fəaliyyəti, yeni infrastruktur layihələri və daşımaların optimallaşdırılması nəticəsində Orta Dəhliz Avropa ilə Asiya arasında ən perspektivli logistika istiqamətlərindən birinə çevrilməkdədir. Bu artım Bakı Limanının fəaliyyətində də özünü aydın şəkildə göstərir. Təkcə ötən il Bakı Limanında tarixi rekord qeydə alınaraq 8,2 milyon ton yük aşırılıb. Eyni zamanda, limanda 107 min TEU-dan çox konteyner aşırılması həyata keçirilib. Bu göstəricilər regionda formalaşan yeni yük axınlarının və Orta Dəhlizə artan beynəlxalq marağın real nəticəsidir. Hazırda Bakı Limanının illik konteyner aşırma gücü 150 min TEU ekvivalentindədir. Bununla yanaşı, limanda həyata keçirilən yeni infrastruktur layihələri və müasir texnikaların alınması hesabına bu potensialın 260 min TEU ekvivalentinə çatdırılması istiqamətində intensiv işlər aparılır. Məqsədimiz artan yük axınlarını daha operativ, təhlükəsiz və səmərəli şəkildə idarə etməkdir”, - deyə A.Ağayev vurğulayıb.

Liman infrastrukturu ilə yanaşı, dəniz donanmasının gücləndirilməsinin də Orta Dəhlizin inkişafında əsas amillərdən olduğunu deyən sədr müavini “Gadamly” gəmisinin istismara verilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğualyıb: “Belə gəmilər Xəzər üzərindən konteyner daşımalarının, marşrutun ötürücülük qabiliyyətinin artırılmasına və regionun logistika potensialının daha da möhkəmlənməsinə xidmət edir. Bu gün təkcə Azərbaycan deyil, region ölkələri də dəniz nəqliyyatı sahəsində öz potensiallarını genişləndirir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin son illərdə mütəmadi olaraq yeni gəmiləri istismara verməsi ilə yanaşı, qonşu dövlətlərin də bu prosesə fəal qoşulması ortaq maraqlarımıza mühüm töhfə verir. Çünki Orta Dəhlizin inkişafı üzrə nailiyyətlər yalnız bir ölkənin deyil, bütün region dövlətlərinin koordinasiyalı əməkdaşlığından asılıdır. “Gadamly” gəmisinin fəaliyyətə başlaması Bakı–Türkmənbaşı xətti üzrə konteyner daşımalarına əlavə dinamika qazandıracaq, yükdaşımaların səmərəliliyini artıracaq və Orta Dəhlizin beynəlxalq rəqabətqabiliyyətinin yüksəlməsinə xidmət edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
1
azertag.az

2Mənbələr