AZ

​Putin “bu iş sona çatır” deyəndə nəyi nəzərdə tutub? Peskov açıqladı

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə yalnız həmin ölkədəki "münaqişəni" sona çatdırmaq üçün hazırdır.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, bu görüş “yalnız proses tam başa çatdıqda məna kəsb edir": "Bunu yekunlaşdırmaq, məsələni sona çatdırmaq üçün hələ çoxlu ev tapşırığı yerinə yetirilməlidir".

Peskov deyib ki, "humanitar atəşkəs başa çatıb və xüsusi əməliyyat davam edir".

Ondan Putinin son çıxışında Ukrayna müharibəsilə bağlı səsləndirdiyi “bu iş sona çatmağa doğru gedir” fikrinə aydınlıq gətirməsini də istəyiblər. 

Kremlin sözçüsü deyib ki, tərəflərin sülh planı üzərindəki işi hərbi əməliyyatlara son qoyulmasının yaxın olduğunu göstərir: “Prezident(Putin) Rusiyanın təmaslara açıq qaldığını, üçtərəfli formatda müəyyən işlərin görüldüyünü və ABŞ-nin davamlı vasitəçilik səylərini alqışlayacağımızı bildirib".

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski məsuliyyəti öz üzərinə götürüb "lazımi qərarı verdikdən" sonra döyüşlər "istənilən an" dayandırıla bilər. Peskov əlavə edib: "Kiyev hansı qərarların qəbul edilməli olduğunu yaxşı bilir".

Qeyd edək ki, Kreml dəfələrlə müharibəni dayandırmaq üçün əsas şərt kimi Ukraynanın öz suveren ərazisindən -Donbasın işğal edilməmiş hissəsindən çıxması tələbini irəli sürür.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azpolitika.info

1Mənbələr