AZ

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin bəzi detalları məlum olub

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub.

Editor.az  “Unikal”a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, “Gülçülük sovxozu” ərazisində baş verib.

İttiham aktında göstərilib ki, Emil Ağayev heç bir əsaslı səbəb olmadan doğma anası Həyat Ağayevanın istifadəsində olmuş mobil telefonda kişilərlə telefon əlaqələrinin olmasını, yüngül həyat tərzi keçirməsini bəhanə gətirərək onu qəsdən öldürmək qərarına gəlib.

O, 2026-cı il yanvarın 24-də səhər saatlarında birgə yaşadıqları evdə heç kimin olmamasından istifadə edərək həmin vaxtı işdə olan Həyat Ağayevaya zəng edərək qayınatasının onların evinə qonaq gələcəyinə dair yalan məlumat verib.

İstintaqla müəyyən edilib ki, Emil həmin gün anasını taksi ilə iş yerindən götürüb saat 10 radələrində yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsi, “Gülçülük sovxozu” ərazisində yerləşən fərdi yaşayış evinə gətirib. Daha sonra qəsdən adam öldürməyə yönəlmiş niyyətini həyata keçirmək üçün evin qonaq otağında 67 yaşlı Həyat Ağayevanın qəflətən üzərinə hücum edib.

O, anasına qəddarlıq və rəhmsizlik göstərərək, hər iki əli ilə onun boğaz nahiyəsindən sıxıb, eyni zamanda, sifətinə yumruq zərbələri vuraraq döşəmənin üzərinə yıxıb. Daha sonra niyyətini başa çatdırmaq üçün evin mətbəx otağından götürdüyü bıçaqla Həyat Ağayevaya arxadan yaxınlaşaraq onu nisbətən yuxarı istiqamətdə dikəldib və boyun nahiyəsindən iki dəfə zərbə vuraraq kəsib.

Bununla da Emil Ağayev anası Həyat Ağayevanı xüsusi amansızlıqla öldürərək həyatdan məhrum edib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı hakim Namiq Kərimovun sədrliyi ilə araşdırılır.

Seçilən
3
12
editor.az

10Mənbələr