Ukrayna Korrupsiyaya Qarşı Milli Mübarizə Bürosunun rəhbəri Semyon Krivonos Ukrayna prezidentinin korrupsiya sxemində iştirakı ilə bağlı məlumatları təkzib edib.
Herbiand.az xəbər verir ki, bu barədə o, “RBC-Ukrayna”-ya danışıb.
Krivonos deyib ki, Volodimir Zelenski korrupsiya işi üzrə məhkəməyəqədərki istintaqda şübhəli şəxs deyil. O, istintaq zamanı konkret əmlakın mülkiyyəti ilə bağlı digər səbəblərin araşdırıldığını söyləyib.
Bəxtiyar CƏFƏRLİ