AZ

Deputat: “Azərbaycan hazırda sülh diplomatiyası aparır”

"Azərbaycan hazırda sülh diplomatiyası həyata keçirir və bu siyasi təşəbbüslərin memarı Azərbaycan Prezidenti cənab İlham Əliyevdir". 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

O qeyd edib ki, Azərbaycan hazırda sülh diplomatiyası aparır və həm hərbi, həm də siyasi-diplomatik vasitələrdən istifadə etməklə yeni status-kvonun yaranmasına nail olub:

““Biz istəməsəydik, sülh olmazdı” fikrini Prezidentin bu istiqamətdə əsas mesajı kimi dəyərləndirilir. Ağdam, Laçın və Kəlbəcərin döyüş əməliyyatları aparılmadan azad olunması Prezident tərəfindən verilən ultimatumla bağlı idi.

Bu addım həm strateji, həm də tarixi əhəmiyyət daşıyırdı. Ərazidə mina təhlükəsi, mürəkkəb relyef və digər çətinliklər olsa da, prosesin hərbi güclə yanaşı siyasi qərarlarla həll edib".

Deputat həmçinin beynəlxalq humanitar hüquqa riayət edilməsini xüsusi qeyd edib ki, dqqət çəkən əsas məqamlardan biri Prezidentin beynəlxalq humanitar hüquqla bağlı fikirləridir:

"Bu hüquq beynəlxalq hüquqdan fərqli olaraq daha çox müharibə dövründə tətbiq olunur və hərbi əməliyyatlar zamanı Cenevrə Konvensiyaları daxil olmaqla bir sıra beynəlxalq normalar əsas götürülür.

Azərbaycan Ordusu döyüşlər zamanı həmin qaydalara ciddi şəkildə əməl edib və ləyaqətli şəkildə fəaliyyət göstərib. Bu, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qəbul edilən bir reallıq kimi təqdim edilir.

Məhz bu səbəbdən İspaniya və Almaniyanın bəzi şəhər bələdiyyələri tərəfindən Prezidentə sülh və barış mükafatının verilməsi Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyinin göstəricisi kimi dəyərləndirilir”.

Onun sözlərinə görə, bu cür beynəlxalq qiymətləndirmə təsadüfi deyil və real faktlara əsaslanır.

O əlavə edib ki, Almaniyada uzun illər diplomatik fəaliyyəti olduğuna görə bu ölkənin ictimai və siyasi yanaşmasını yaxşı bilir və səsləndirilən fikirlərin obyektivliyini təsdiqləyir.

"Cebheinfo.az"

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr