Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Avropa İttifaqı uşaqları “TikTok”, “Meta” və “X” kimi sosial şəbəkələrin asılılıq yaradan dizaynlarından qorumaq üçün yeni qaydalar üzərində işləyir. Demokrat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çərşənbə axşamı bildirib.Kopenhagendə çıxışı zamanı Ursula fon der Lyayen deyib: “Yuxusuzluq, depressiya, narahatlıq, özünə zərər vermə, asılılıq yaradan davranışlar, kibertəzyiq, manipulyasiya, istismar və intihar halları sürətlə artır”.Onun sözlərinə görə, bu risklər rəqəmsal dünyanın təsadüfi nəticəsi deyil: “Bunlar uşaqlarımızın diqqətini kommersiya məhsulu kimi qiymətləndirən biznes modellərinin nəticəsidir”.Fon der Lyayen bildirib ki, Avropa Komissiyası ilin sonuna doğru təqdim olunacaq “Rəqəmsal Ədalət Aktı”nda (DFA) xüsusilə “asılılıq yaradan və zərərli dizayn təcrübələrini” hədəf alacaq.O əlavə edib ki, DFA sosial şəbəkələrdə süni intellekt istifadəsinə də ciddi məhdudiyyətlər qoyacaq. Bundan başqa, sosial mediadan istifadə üçün minimum yaş həddinin müəyyən edilməsini dəstəklədiyini vurğulayıb.“Sual gənclərin sosial şəbəkələrə çıxış əldə edib-etməməsi deyil. Sual sosial şəbəkələrin gənclərə çıxış əldə edib-etməməsidir”, deyə o bildirib.Yeni tənzimləmələrin böyük platformaları qanunsuz və zərərli məzmunla daha fəal mübarizə aparmağa məcbur edən “Rəqəmsal Xidmətlər Aktı”nı (DSA) gücləndirəcəyi və genişləndirəcəyi qeyd olunub.Hazırda Avropa Komissiyası bu qaydalar çərçivəsində “TikTok”, “X”, eləcə də “Meta Platforms” şirkətinə məxsus “Instagram” və “Facebook” platformaları ilə bağlı araşdırmalar aparır.“Biz “TikTok”un asılılıq yaradan dizaynı, sonsuz sürüşdürmə, avtomatik oynatma və push bildirişləri ilə bağlı tədbirlər görürük. Eyni yanaşma “Meta”ya da tətbiq olunur. Çünki hesab edirik ki, “Instagram” və “Facebook” minimum 13 yaş həddi qaydasını lazımi şəkildə tətbiq etmir”, deyə Ursula fon der Lyayen deyib.Komissiya həmçinin “X” platformasına qarşı “Grok” süni intellekt alətinin qadın və uşaqların seksual görüntülərinin yaradılmasında istifadəsinə görə araşdırma başladıb.Şirkətlərin nümayəndələri məsələ ilə bağlı şərh sorğularına hələlik cavab verməyiblər.Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.