AZ

9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Tibb aləmində illər əvvəl "möcüzə doğum" kimi qiymətləndirilən hadisə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Malidə dünyaya gələn və dünya rekorduna düşən 9 əkiz uşaq sağlam şəkildə 5 yaşlarını qeyd edib.

Bir vaxtlar yaşama ehtimalları ilə bağlı narahatlıq doğuran körpələrin sağlam böyüməsi dünya ictimaiyyətinin diqqətini yenidən onların üzərinə çəkib. Həkimlərin belə nadir hesab etdiyi doğum illər əvvəl böyük maraq yaratmışdı.

Hazırda uşaqların sağlam həyat sürməsi və normal inkişaf etməsi milyonlarla insan tərəfindən heyrətlə qarşılanır. Sosial şəbəkələrdə yayılan yeni görüntülər də maraqla izlənilib.

Qeyd edək ki, 9 əkizin eyni anda sağ dünyaya gəlməsi tibbdə ən nadir hadisələrdən biri hesab olunur və rekord kimi tarixə düşüb.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
news.milli.az

1Mənbələr