
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Moskvadan kənarda görüşə bilər, ancaq bu yalnız yekun razılaşmaların imzalanması ilə bağlı olarsa, mümkündür.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O, həmçinin bildirib ki, başqa yerdə görüşmək yalnız proses tam başa çatdıqda məna kəsb edir, lakin onu yekunlaşdırmaq, müharibəni dayandırmaq üçün hələ edilməli çox şey var.
Digər tərəfdən, Peskov Putinin Zelenski ilə istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu bildirib.
O, həmçinin sülh prosesindəki müəyyən irəliləyişlərin Ukrayna ilə münaqişənin sona yaxınlaşdığını deməyə imkan verdiyini qeyd edib.