AZ

BP nin Superkompüter Mərkəzilə əməkdaşlıq bizə nə verəcək ? OSMAN GÜNDÜZ DANIŞDI

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Prezident İlham Əliyev  bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib.

Maraqlıdır ki, bu görüşdən sonra İqtisadiyyat Nazirliyi, SOCAR və bp arasında yüksək məhsuldarlıqlı hesablama infrastrukturu sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu əməkdaşlıq kifayət qədər maraqlı və strateji görünür.

Çünki bp dünyanın ən güclü kommersiya superkompüter infrastrukturlarından birinə sahib şirkətlərdəndir.

Şirkət HPC texnologiyalarından seysmik analiz, yeraltı resursların modelləşdirilməsi, AI və böyük həcmli məlumatların emalı üçün istifadə edir.

BP bu tip hesablama gücü sayəsində müxtəlif yataqlarda əlavə  neft ehtiyatını müəyyən edə bilib.

Ən önəmli məqamlardan biri isə odur ki, bp HPC-dən sadəcə neft tapmaq üçün yox, həm də tətbiqi elm, molekulyar biologiya, kompüter elmləri və enerji optimallaşdırılması istiqamətində istifadə edir

Yəni burada söhbət sadəcə serverdən yox, iqtisadi nəticə yaradan hesablama infrastrukturundan gedir.

Xatırladıram ki, İqtisadiyyat Nazirliyinin Caspel şirkəti xəttilə qurduğu  NVIDIA GPU əsaslı Superkompüter Mərkəzi var.

Bu infrastrukturunun bp təcrübəsi əsasında inkişaf etdirilməsi isə Azərbaycana:

daha güclü AI və data infrastrukturu,

enerji sektorunda daha dəqiq analiz imkanları,

yerli mütəxəssislər üçün yeni texnoloji təcrübə,

universitet və tədqiqat mühitinə yeni imkanlar qazandıra bilər.

Azərbaycan üçün əsas məsələ isə bu infrastrukturların real istifadəsi, açıq ekosistemə çevrilməsi və universitetlər, startaplar, özəl sektor üçün əlçatan olması olacaq.

Görünən odur ki, “Milli” statusu qazanmaq istəyən Superkompüter Mərkəzlərimiz arasında rəqabət getdikcə güclənəcək.

Osman Gündüz

Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr