AZ

Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Binəqədi rayonu, Məsud Davudoğlu küçəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.

Bu barədə izləyicilərdən biri tərəfindən Avtosfer.az-ın “WhatsApp” ünvanına videomaterial göndərilib. Kadrlardan görünür ki, 10-BY-817 dövlət nömrə nişanlı “Ford” markalı, 10-NB-070 dövlət nömrə nişanlı “Infiniti” markalı və 77-SA-848 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillər piyada səkisində park edilib. Bundan başqa, 90-LG-570 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin döngədə saxlanıldığı müşahidə olunur.

Diqqət çəkən digər məqam isə həmin nəqliyyat vasitələrinin qarşısına su qablarının düzülməsidir. Nəticədə səki tamamilə zəbt olunduğundan piyadalar maşın yoluna çıxaraq hərəkət etməyə məcbur qalırlar ki, bu da onların təhlükəsizliyi üçün ciddi risk yaradır.

Şikayətçinin sözlərinə görə, qeyd olunan ərazidə səkilərin avtomobillər tərəfindən zəbt olunması halları mütəmadi xarakter daşıyır və piyadaların rahat hərəkətinə maneə yaradır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr