"Neftçi" Premyer Liqada qələbə seriyasını davam etdirir. "Ağ-qaralar" XXXI turu da qalibiyyətlə tamamladı."Şamaxı"nı Bakıda qonaq edən komanda 3 xalı 3:0-la qazandı. Paytaxt təmsilçisinin qollarını 1-ci dəqiqədə Emin Mahmudov, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə Breno Almeyda vurdu.
Dördüncü pillədə qərarlaşan "Neftçi" bu nəticədən sonra xallarının sayını 53-ə çatdırdı və Konfrans Liqasına vəsiqə almaq şansını bir qədər də artırdı.
Klub rəhbərliyi futbolçuların əziyyətini yerdə qoymayıb. Əsas heyətdə meydana çıxanların hər birinə 3000 manat mükafat ayrılıb.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta