ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist və insayder Florian Plettenberq yayıb.
Məlumata görə, tərəflər müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni saziş imzalayacaqlar. Mənbə anlaşmaya "+1" bəndinin də salınacağını vurğulayıb. Plettenberq alman mütəxəssisin təsdqini də ictimaiyyətə çatdırıb: "Bəli, "Barselona" ilə yeni müqavilə bağlayacağam".
Flikin "Barsa" ilə indiki sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir. Hazırda 91 xalı olan "blauqrana" sona 3 tur qalmış İspaniya çempionluğunu bayram edib.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.