AZ

ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərində ağacəkmə aksiyaları keçirilib-FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzlərində ağacəkmə aksiyaları keçirilib.

Tədbirlər çərçivəsində yerli torpaq-iqlim şəraitinə uyğun 1500-dən artıq müxtəlif növ ağac əkilib.

Keçirilən aksiyaların əsas məqsədi ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.


Seçilən
65
ekologiya.az

1Mənbələr