AZ

"ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirmə və azaltma ssenarilərinə hazırdır" - Heqset

“ABŞ-nin meharibə naziri Pit Heqset bildirib ki, Pentaqon həm İrana qarşı hərbi əməliyyatları genişləndirmək, həm də zərurət yaranarsa, onları azaltmaq üçün müxtəlif planlara malikdir.

Redaktor.az xəbər verir ki, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı çıxış edən Hegseth, kövrək atəşkəsə baxmayaraq İranla gərginliyin davam etdiyi bir şəraitdə ABŞ administrasiyasının bir neçə ssenariyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, Pentaqon həm eskalasiya, həm də deeskalasiya variantlarını nəzərdən keçirir və hərbi resursların müxtəlif regionlara yönləndirilməsi planları da hazırlanıb.

Heqset bildirib: “Lazım gələrsə, vəziyyəti gərginləşdirmək planımız var. Lazım gələrsə, geriləmə planımız var. Aktivləri başqa yerə keçirmək planımız var”.

Qanunvericilər isə dinləmələr zamanı administrasiyaya münaqişənin hüquqi əsasları və maliyyə xərcləri ilə bağlı əlavə hesabat təqdim edilməsi üçün təzyiq göstəriblər.”

Aminə ŞAHSUVARQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr