AZ

Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ankara, 12 may, AZƏRTAC

Türkiyədə onlayn ticarətin populyarlığı durmadan artır. Ötən ilin yekunlarına görə, ölkədə elektron ticarətin həcmi 4,5 trilyon lirəni ötüb ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 52,2 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, Türkiyənin ticarət naziri Ömer Bolat Ankarada “Türkiyədə elektron ticarətin icmalı” hesabatının təqdimatında çıxışı zamanı bu məlumatları açıqlayıb.

Türkiyəli nazirin sözlərinə görə, əgər 2019-cu ildə ölkədə elektron ticarətin ümumi həcmi 23 milyard 940 milyon dollar təşkil edirdisə, 2025-ci ilin yekunlarına əsasən bu göstərici 115 milyard 430 milyon dollara çatıb. “2019–2025-ci illər ərzində Türkiyədə elektron ticarətin dollar ifadəsində artım tempi 382 faiz təşkil edib”, – deyə nazir bildirib.

Ö.Bolat qeyd edib ki, təkcə 2025-ci ildə Türkiyə daxilində onlayn ticarətin ÜDM-də payı 6,9 faiz olub.

Türkiyədə elektron ticarət üçün ən populyar sahə geyim, ayaqqabı və aksesuarlar olaraq qalır. Sonrakı yerlərdə elektronika, hava daşımaları və ərzaq məhsulları qərarlaşıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr