Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiyada keçmiş nəqliyyat naziri rüşvət ittihamı ilə həbs edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Mk.ru” məlumat yayıb.
Bildirilib ki, Moskvanın Basman rayon məhkəməsi Tver vilayətinin sabiq nəqliyyat naziri Sergey Verxoqlyadov barəsində həbs qətimkan tədbiri seçib.
Məhkəmə qərarına əsasən, keçmiş məmur 7 iyul 2026-cı ilədək həbsdə saxlanılacaq. İş üzrə rüşvətin məbləği və digər təfərrüatlar hələ açıqlanmayıb.
İstintaqın məlumatına görə, Verxoqlyadov dövlət vəzifəsində çalışdığı dövrdə müəyyən qərarlar müqabilində qanunsuz ödənişlər alıb./publika.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.