AZ

“Bank Respublika” sahibkarlar üçün kredit prosesi sadələşdirir

“Bank Respublika” ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verərək mikro kreditlər üzrə yeni skorinq sistemini istifadəyə verib. Yeni sistem sahibkarlara kredit prosesindən daha sürətli, rahat və çevik yararlanmaq imkanı təqdim edir.

Bankdan bildirilib ki, yeni sistem sayəsində müştərilərin kredit imkanları birbaşa yerində, operativ şəkildə qiymətləndiriləcək. Uyğun kredit məbləği qısa müddət ərzində müəyyən edilərək, eyni gün ərzində təqdim olunacaq. Bu, sahibkarların biznes fəaliyyətini dayandırmadan və vaxt itkisinə məruz qalmadan maliyyə resurslarına çıxışını təmin edəcək.

Sistem həm mövcud, həm də yeni müştərilər üçün nəzərdə tutulub və müraciət prosesini maksimum sadələşdirir. Bank Respublika mütəxəssisləri hesab edirlər ki, bu yanaşma sahibkarların gündəlik fəaliyyətini asanlaşdırmaqla yanaşı, onların biznesini daha çevik idarə etməsinə də şərait yaradacaq.

Bankın məlumatına görə, skorinq sistemi müraciətlərin operativliyini artırmaqla yanaşı, risklərin də daha effektiv idarə edilməsinə imkan verir. Bu isə həm bank, həm də sahibkarlar üçün şəffaf və dayanıqlı maliyyə mühiti yaradır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr