Almaniyada iqtisadi çətinliklər şirkətləri çıxılmaz vəziyyətə salıb.
İfo İnstitutunun aprel ayı üzrə keçirdiyi sorğuya əsasən, Almaniya biznes dünyasının 8,1 faizi, yəni təxminən hər 12 şirkətdən biri hazırkı şərtlər daxilində fəaliyyətini davam etdirə bilməyəcəyindən qorxur.
Sorğu nəticələrinə görə, bəzi sektorlarda iflas riski rekord həddə çatıb. Belə ki, şirkətlərin 17,4 faizi ciddi təhlükə hiss edir. Müştərilərin az xərcləməsi və onlayn ticarətin rəqabəti bu sektoru sıxışdırır. Mehmanxana və restoran biznesində risk həddi 20 faizə yaxınlaşır. İnşaat sektorunda iflas qorxusu 7,3 faizə yüksəlib, sənaye müəssisələrində isə bu rəqəm 7,5 faiz ətrafındadır.
İfo İnstitutunun hesabatında biznesin çöküşünə səbəb olan əsas amillərə tələbatın kəskin azalması, enerji və xammal qiymətlərinin yüksək olması daxildir, həmçinin ağır inzibati yüklər şirkətlərin hərəkət qabiliyyətini məhdudlaşdırır.
Qeyd edək ki, Almaniya iqtisadiyyatında likvidlik problemi dərinləşir və istehlakçıların qənaət rejiminə keçməsi biznesin nağd pul axınını birbaşa zərbə altında qoyur.
Təhminə VERDİYEVA,
“Azərbaycan”