AZ

Naxçıvanda qadın 3 qız övladı dünyaya gətirib

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində üçəmlərin doğuş prosesi uğurla həyata keçirilib.

 

Belə ki, tibb müəssisəsinə müraciət edən Culfa rayon sakini, 1998-ci il təvəllüdlü hamilə qadın 3 qız övladı dünyaya gətirib.

 

Körpələrin çəkiləri müvafiq olaraq 1 kiloqram 50 qram, 1 kiloqram 700 qram və 1 kiloqram 900 qramdır. Hazırda körpələrin vəziyyəti kafi qiymətləndirilir, onlar mərkəzin yenidoğulmuşlar şöbəsində həkim nəzarəti altında saxlanılırlar.

 

Qeyd edək ki, üçəm körpələr ailənin ilk övladlarıdır.

 

AZƏRTAC

Tarix: 12 May 2026, 17:55   
Seçilən
23
2
pravda.az

3Mənbələr