AZ

Yemak işi hər biri 250 səhifədən ibarət 16 cilddən ibarətdir

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Ukraynanın korrupsiya ilə bağlı istintaqı çərçivəsində Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak barəsində açılmış cinayət işi geniş həcmli materiallarla məhkəməyə təqdim olunub.

Redaktor.az xəbər verir ki, onun vəkili İqor Fomin bildirib ki, iş hər biri təxminən 250 səhifədən ibarət olan 16 cild materialdan ibarətdir və bu səbəbdən sənədlərin araşdırılması üçün əlavə vaxt tələb olunur.

Müdafiə tərəfi məhkəməyə müraciət edərək iclasın təxirə salınmasını və iş materialları ilə daha ətraflı tanış olmaq üçün vaxt verilməsini xahiş edib.

Məlumata görə, bu mərhələdə Yermak barəsində qətimkan tədbiri seçilməyib, yalnız prokurorun ilkin çıxışı dinlənilib və bəzi sübut materialları təqdim olunub.

Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) isə məhkəmədən Yermakın 180 milyon qrivna girov müqabilində azadlığa buraxılması şərti ilə həbs olunmasını tələb edib.”

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
redaktor.az

3Mənbələr