AZ

Müəllim süni intellektlə danışmağı bacarmalıdır AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bu gün şagirdlərin süni intellektlə işləməyə hazırlığından danışmazdan əvvəl, daha fundamental bir suala cavab tapmalıyıq: Bu prosesin memarı olmalı olan müəllim özü buna hazırdırmı? Bəli, şagirdlər rəqəmsal dünyanın içində doğulublar və texnologiyaya bizdən daha çevik uyğunlaşırlar. Lakin şüurlu hazırlıq təkcə bir tətbiqi idarə etmək deyil, ondan alınan məlumatın doğruluğunu süzgəcdən keçirmək və etik çərçivəni qorumaqdır. Təəssüf ki, şagird hazır olsa belə, bu gün Azərbaycan müəllimi bu prosesin tamamilə kənarında qalıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca səsləndirdi.

Onun fikrincə, bu prosesə hazırlıq üçün ilk növbədə müəllimin nüfuzu və peşəkarlığı diqqət mərkəzinə alınmalıdır:

"Müəllim hazır deyilsə, süni intellekt şagird üçün köməkçi vasitə deyil, sadəcə intellektual tənbəllik və hazıra qonmaq mənbəyi olacaq. Bizə hesabat xatirinə keçirilən təlimlər yox, real iş lazımdır. Əgər Elm və Təhsil Nazirliyi şagirdlərə həqiqətən kömək etmək istəyirsə, ilk növbədə müəllimi süni intellektlə "danışmağa" hazırlamalı, layihələrin şəffaflığını təmin etməlidir. Bünövrəsi çürük olan binanın damına süni intellekt kimi müasir qurğular quraşdırmaqla təhsilimizi xilas edə bilməyəcəyik".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
1
redaktor.az

2Mənbələr