ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nizami rayonunda piyadaların hərəkətinə mane olan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 2-də saat 16:56 radələrində İlham Müzəffəroğlu küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 77-OL-498 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü nizamlanan piyada keçidindən istifadə edən piyadalara yol vermədən hərəkətini davam etdirib.
Görüntülərdən aydın olur ki, sürücü son anda piyadaları görərək avtomobili birbaşa keçidin üzərində saxlayıb. Bu isə piyadaların təhlükəsiz şəkildə yolu davam etməsinə maneə yaradıb. Nəticədə piyadalar keçidi tam rahat və təhlükəsiz formada istifadə edə bilməyiblər.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü piyada keçidinə yaxınlaşarkən hərəkət sürətini əvvəlcədən azaltmalı və piyadaların keçiddən təhlükəsiz şəkildə istifadəsinə yaratmalıdır. Avtomobilin piyada keçidinin üzərində saxlanılması isə həm piyadanın görünmə zonasını məhdudlaşdırır, həm də digər hərəkət iştirakçıları üçün əlavə risk yaradır.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.