AZ

Ermənistan təmsilçisi Simon: Mən də Jivanı dəstəkləyirəm

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Vyanada 70-ci "Avroviziya" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. Şəhər bələdiyyəsinin binasında (Rathaus) baş tutan tədbirdə iştirakçılar firuzəyi xalça üzərinə çıxaraq öz geyimlərini nümayiş etdiriblər. Xüsusilə Xorvatiya, İsveç və Bolqarıstan təmsilçiləri qeyri-adi libasları ilə diqqət mərkəzində olublar.Demokrat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Jiva (Cəmilə Həşimova) da gecənin ən çox danışılan simalarından birinə çevrilib. Onun xalçanın rəngi ilə uyğunluq təşkil edən libası "L’arc" markasının qurucusu Kamilla Babayeva tərəfindən hazırlanıb. Qara dəri kəmərlərlə tamamlanan geyim iki hissədən ibarətdir. İfaçının imici üzərində isə tanınmış stilist Anar Ağakişiyev çalışıb.Məşqlər barədə danışan Jiva hazırlıq prosesinin uğurla davam etdiyini bildirib. Səhnə performansının texniki çətinliklərinə toxunan müğənni deyib: “Mahnını oxuduğum müddətdə əlimdəki ipləri açmalı və tərəfdaşımdan qurtulmalıyam. Bu, kifayət qədər çətin tapşırıqdır. Rəqqasla hərəkətlərimiz saniyəsinə qədər dəqiq olmalıdır. Çox gözəl şou nümayiş etdirməyə çalışırıq”.Müsabiqəyə yenidən qatılmaq istəyib-istəmədiyi ilə bağlı suala Jiva “100 dəfə qatılardım” cavabını verib. O, həmçinin Danimarka təmsilçisi Sörenlə gələcəkdə əməkdaşlıq etmək arzusunda olduğunu vurğuayıb.Mərasim zamanı Ermənistan təmsilçisi Simon da suallarımızı cavablandırıb. O, Jiva ilə münasibətlərindən danışaraq qeyd edib: “Hər şey çox yaxşıdır. Jiva mənim kostyumuma adımı və 'Avroviziya 2026' sözlərini yazıb. Mən də onu dəstəkləyirəm”. Performansındakı sürprizləri sirr saxlayan Simon sadəcə çoxlu rəqs nömrələrinin olacağını bildirməklə kifayətlənib.Tural Abdulla,

Vyanadan xüsusi olaraq Demokrat.az üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr