AZ

Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 12 may, AZƏRTAC

Gürcüstanda ilk dəfə “Ozan saz” musiqi müsabiqəsi keçiriləcək. Festivalın əsas məqsədi Borçalı aşıq sənətinin təbliğ və inkişaf etdiməkdir. 24news.ge media qurumu tərəfindən təşkil olunan müsabiqə elə həmin internet televiziyası ilə canlı yayımlanacaq.

Qurumun rəhbəri tanınmış telejurnalist Azər Məmmədov AZƏRTAC-a açıqlamsında deyib ki, “Ozan saz” televiziya müsabiqəsi aşıqlı sənəti ilə birbaşa məşğul olan 15–20 yaş arası gənc istedadları böyük səhnəyə dəvət etmək və onların bacarıqlarını üzə çıxartmaq üçün təşkil olunur.

Müsabiqədə iştirak etmək istəyənlər mayın 15-dək televiziyamızın qaynar xəttinə (+595 597 79 89 89) zəng vuraraq əlaqə saxlaya bilərlər.

Onun sözlərinə görə, müsabiqədə ilk yerləri tutan şəxslərə müxtəlif hədiyyələr təqdim olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
azertag.az

2Mənbələr