"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis azarkeşləri sabahkı matçda maraqlı qarşılaşmanın gözlədiyini bildirib:
"Sabah" önəmli görüşə çıxacağıq. Düşünürəm ki, oyuna yaxşı hazırlaşa bildik. Sabah 40 günün tamamında 9-cu matçımızı keçirəcəyik. Hər biri də bir-birindən gərgin qarşılaşmalar olub. Qarşımızda hansı komandanın olduğunu bilirik, "Sabah" son ölkə çempionudur".
Qeyd edək ki, "Sabah" - "Zirə" görüşü mayın 13-də, saat 20:00-da "Palms Sports Arena"da start götürəcək.