AZ

Azərbaycanın şəhərsalma tarixi: Sivilizasiya ocağından beynəlxalq dialoq mərkəzinə

Şəhərlər bəşər tarixinin ən mühüm nailiyyətlərindən biri hesab olunur. İnsan cəmiyyətinin siyasi, iqtisadi və mədəni inkişafı məhz şəhərlərin formalaşması ilə yeni mərhələyə qədəm qoyub. Dövlət idarəçiliyi, elm, təhsil, sənaye, ticarət və incəsənət mərkəzləri əsasən şəhərlərdə cəmləşdiyi üçün şəhərlər yalnız yaşayış məkanı deyil, həm də sivilizasiyanın aparıcı qüvvəsinə çevrilib. Tarix boyu xalqların inkişaf səviyyəsi onların qurduğu şəhərlərin quruluşunda, memarlığında və ictimai həyatında öz əksini tapıb.

Tarixi araşdırmalar göstərir ki, ilk şəhər tipli yaşayış məntəqələri təxminən doqquz min il əvvəl Neolit dövründə yaranmağa başlayıb. İnsanların köçəri həyat tərzindən oturaq həyata keçməsi əkinçilik və sənətkarlığın inkişafını sürətləndirib, nəticədə daha böyük və planlı yaşayış məkanları meydana çıxıb. Yaxın Şərqdə yerləşən İerixon, Dəməşq, Biblos, Çatalhöyük və Fəyum kimi qədim məskənlər ilkin şəhər mədəniyyətinin ən qədim nümunələri hesab olunur. Bu şəhərlər təkcə yaşayış məkanı deyil, həm də ticarət, dini ayinlər və ictimai münasibətlərin mərkəzi olub.

Müasir dövrdə urbanizasiya dünyanın ən sürətli sosial proseslərindən birinə çevrilib. Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır və bu göstərici ildən-ilə artır. Şəhərlərin böyüməsi iqtisadi inkişaf və texnoloji tərəqqi üçün geniş imkanlar yaratsa da, bir sıra ciddi problemləri də özü ilə gətirir. Əhali sıxlığının artması, nəqliyyat yüklənməsi, hava çirklənməsi, işsizlik, sosial bərabərsizlik və ekoloji problemlər müasir şəhərlərin əsas çağırışları sırasında yer alır. Şəhərlər dünya üzrə istehlak olunan enerjinin böyük hissəsini istifadə edir, eyni zamanda atmosferə atılan istixana qazlarının əhəmiyyətli hissəsi məhz urbanizasiya nəticəsində yaranır. Buna görə də müasir şəhərsalma artıq yalnız binaların tikilməsi deyil, həm də ekoloji balansın qorunması, dayanıqlı inkişaf və insan həyatının keyfiyyətinin yüksəldilməsi məsələsini əhatə edir.

“İdeal şəhər” anlayışı qədim dövrlərdən filosofların, memarların və dövlət xadimlərinin diqqət mərkəzində olub. Müxtəlif dövrlərdə insanlar təhlükəsiz, rahat, ədalətli və estetik şəhər modeli yaratmağa çalışıblar. Lakin ideal şəhərin qurulması yalnız memarlıq və texnologiya ilə deyil, eyni zamanda sosial bərabərlik, iqtisadi rifah və düzgün idarəetmə ilə mümkün hesab olunur. Müasir urbanistika da məhz insan amilini əsas götürərək gələcəyin şəhərlərini formalaşdırmağa çalışır.

Memarlıq və şəhərsalma hər bir xalqın inkişaf səviyyəsini göstərən əsas göstəricilərdən biridir. Şəhərlərin küçələri, meydanları, müdafiə sistemləri, ictimai binaları və yaşayış məhəllələri həmin dövrün iqtisadi gücünü, texnoloji imkanlarını və mədəni düşüncəsini əks etdirir. Buna görə də müasir şəhər planlaşdırılması yalnız bu günün problemlərini deyil, gələcək nəsillərin ehtiyaclarını da nəzərə almalıdır.

Seçilən
41
2
publika.az

3Mənbələr