AZ

Tanınmış türkiyəli aktyor vəfat etdi Dünən ad gününü qeyd etmişdi (FOTOLAR)

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur ekran işi ilə yaddaşlara həkk olunan tanınmış sima dünyasını dəyişib. Onun qəfil ölümü həm sənət dostlarını, həm də pərəstişkarlarını kədərə qərq edib.Demokrat.az xəbər verir ki, Türkiyənin bir dövrə damğa vuran "Mahallenin Muhtarları" serialında "Eczacı Bahadır" obrazını canlandıran aktyor və musiqiçi Alp Balkan 56 yaşında vəfat edib. Sənətçinin ölüm xəbərini "Film-San" Vəfqi ictimaiyyətə çatdırıb. Vəqfin teatr münsiflər heyətinin üzvü olan Balkanın itkisi ilə bağlı rəsmi başsağlığı mesajı yayılıb.Maraqlı məqamlardan biri odur ki, Alp Balkan vəfatından cəmi bir gün əvvəl ad gününü qeyd edibmiş. Onun yaxın dostları və həmkarları sosial media hesablarında kədərlərini bölüşüblər. Aktrisa Çiğdem Tunç "Yol yoldaşımızı itirdik, dünya başıma yıxıldı" deyərək üzüntüsünü ifadə edib. Tuna Arman isə "Daha dünən ad günün üçün danışmışdıq, bu necə gedişdir?" sözləri ilə sarsıldığını bildirib.Qeyd edək ki, 1970-ci il təvəllüdlü Alp Balkan karyerası ərzində "Mahallenin Muhtarları" ilə yanaşı, "Yusuf Yüzlü", "Belalı Baldız" və "Davetsiz Misafir" kimi məşhur layihələrdə də müxtəlif rollar ifa edib.

İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
demokrat.az

1Mənbələr