AZ

Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün böyük potensial görür — səfir

Böyük Britaniya səfirliyi Azərbaycanın təmiz enerji, infrastruktur, nəqliyyat və peşəkar xidmətlər sahələrində iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki səylərini dəstəkləməyə davam edir.

Olaylar xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old media nümayəndələri üçün təşkil olunmuş tədbirdə bildirib.

"Son 30 ildə olduğu kimi, səfirliyimiz Azərbaycan iqtisadiyyatının təmiz enerji, infrastruktur, nəqliyyat və peşəkar xidmətlər kimi sahələrdə şaxələndirilməsinə dəstək verməyə fokuslanıb", - deyə Fergus Old qeyd edib.

Səfir aviasiya sahəsində əməkdaşlığın genişlənməsini xüsusi vurğulayaraq, Britaniyanın ixrac maliyyələşdirməsi dəstəyi ilə "Silk Way West Airlines" tərəfindən alınan uçuş simulyatorunu idarə etmək təcrübəsini xatırladıb:

"Ötən il mən chr("39")UK Export Financechr("39") tərəfindən dəstəklənən ilk sövdələşmə çərçivəsində chr("39")Silk Way West Airlineschr("39")ın aldığı aviasimulyatorda təyyarəni idarə etdim".

Diplomatın sözlərinə görə, hazırda Böyük Britaniya Azərbaycandakı layihələrə əhəmiyyətli maliyyə dəstəyi ayırır:

"Bizim Azərbaycan üçün 5 milyard funt-sterlinq həcmində chr("39")UK Export Financechr("39") mexanizmimiz var. Bu, Britaniya tərəfinin Azərbaycan iqtisadiyyatına olan etimadının və bu tərəfdaşlıq çərçivəsində bölüşdüyümüz ambisiyaların səviyyəsini əks etdirir", - deyə səfir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
70
olaylar.az

1Mənbələr