ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ilin avqustunda Böyük Britaniya və Azərbaycan arasında münasibətlər rəsmi şəkildə Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ault fəaliyyətinin yekunlarına dair çıxışında məlumat verib.
Səfirin sözlərinə görə, yeni tərəfdaşlıq modeli üç əsas istiqaməti əhatə edir:
“Müdafiə və təhlükəsizlik, ticarət və investisiya, innovasiya və təhsil. Bu razılaşma iki ölkə arasında uzun illər formalaşan siyasi və iqtisadi əməkdaşlığın daha yüksək mərhələyə keçidi kimi qiymətləndirilir. Son illərdə Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investorlarından biri olaraq qalması, UK Export Finance tərəfindən ayrılan 5 milyard funt sterlinqlik maliyyə xətti, müdafiə sahəsində silah embarqosunun aradan qaldırılması və daimi Müdafiə Attaşesinin təyin edilməsi münasibətlərin yeni xarakter aldığını göstərir”.
Səfir həmçinin vurğulayıb ki, bu tərəfdaşlıq yalnız mövcud münasibətlərin təsdiqi deyil, həm də gələcəkdə daha geniş əməkdaşlığın siyasi bəyanatıdır.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.