AZ

İtkin düşmüşdü - meyiti 4 aydan sonra tapıldı

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
 

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.


Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizim.Media

Seçilən
73
32
bizim.media

10Mənbələr