BAKI, 12 may. TELEQRAF
Azərbaycan xalqının mənə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm.
Teleqraf xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.
"Dörd il yarım əvvəl Azərbaycana gəlməzdən öncə mənə demişdilər ki, sizin belə bir deyiminiz var: "Qonaq Allah qonağıdır". Burada olduğum hər gün bunu hiss etmişəm. Odur ki, sözümə ölkənin hər yerində mənə göstərdiyiniz səmimiyyətə və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür etməklə başlamaq istəyirəm. Bu yaxınlarda məndən Azərbaycanı bir sözlə ifadə etməyi xahiş etdilər. Mən "qonaqpərvərlik" sözünü seçdim",- o qeyd edib.