AZ

Arsenal ın futbolçusu sıradan çıxdı

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Arsenal"ın futbolçusu sıradan çıxdı

"Arsenal" klubu mövsümün həlledici mərhələsində ciddi itki ilə üzləşib.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, müdafiəçi Ben Uayt dizindən aldığı ağır zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq. İngiltərəli futbolçu "Vest Hem"lə oyunda zədələnib.

Komandanın digər sağ cinah müdafiəçisi Yurryen Timberin də zədəli olması səbəbindən həmin mövqedə son matçda Deklan Rays və Kristian Moskera çıxış edib.

Qeyd edək ki, "Arsenal"ı mövsümün sonuna qədər Premyer Liqada "Bernli" və "Kristal Pelas", Çempionlar Liqasında isə PSJ ilə final oyunu gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
qol.az

2Mənbələr