AZ

ABŞ Ukraynadan dron müharibəsini öyrənir: Pit Heqset etiraf etdi

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ hərbçiləri pilotsuz uçuş aparatları ilə bağlı döyüş təcrübəsini öyrənmək üçün Ukraynaya səfər edirlər.

Sherg.az xəbər verir ki, Pit Heqsetin sözlərinə görə, bir çox yüksəkvəzifəli Amerika rəsmisi artıq Ukraynada olub və Vaşinqton dron hücumları və müdafiəsi ilə bağlı böyük həcmdə məlumat əldə edib.

“Şəxsən mən orada əlavə personalın yerləşdirilməsini təsdiqləmişəm ki, dronlarla hücum və müdafiə döyüşlərini öyrənsinlər”, - deyə Pit Heqset Nümayəndələr Palatasının komitəsində keçirilən dinləmələr zamanı bildirib.

ABŞ müdafiə naziri əlavə edib ki, Vaşinqton bu münaqişədən mümkün olan bütün dərsləri çıxarmağa və əldə edilən təcrübəni öz hərbi sisteminə inteqrasiya etməyə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
sherg.az

1Mənbələr