AZ

Küsülü olduğu deyilən Fatma Mahmudova həmkarını göylərə sığdırmadı: “O böyük sənətkardır, mən kiməm ki?” - FOTO

“Günlərdir saytlarda ancaq özümlə və dəyərli həmkarım, gözəl müğənni və sənətkar Ruhəngiz Allahverdiyeva ilə bağlı xəbərləri oxuyuram. İnanın ki, gün ərzində mənə o qədər zənglər gəlir ki.. Heç xəstə olanda bu qədər zəng edib, hal-əhvalımı maraqlanmırdılar. Elə onu istəyirlər ki, kiminsə ünvanına nəsə bir söz deyim və o dəqiqə yazıb şişirtsinlər. Mən xəstə adamam, şou insanı deyiləm, əl çəkin məndən. Sonuncu dəfə xəbərdarlıq edirəm ki, mənim adımdan heç kimin ünvanına olmayan sözlər yazıb, mənə düşmən qazandırmayın”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, Xalq artisti Fatma Mahmudova deyib.

O daha sonra əməkdar artist Ruhəngiz Allahverdiyeva və aparıcı İsa Şükürovu göylərə sığdırmayıb:

“Mən dəyərli aparıcımız İsa Şükürovun verilişində dəfələrlə qızlarımla birgə qonaq olmuşam. Hər dəfə də çox gözəl proqram baş tutub. İsa Şükürov bizə öz qapısını açıb. Ondan bir dənədir. Sadəcə o günü mən özümü çox pis hiss edirdim deyə verilişə gedə bilmədim. Çox yaxın qohumumuz hündürmərtəbəli binadan yıxılaraq dünyasını dəyişmişdi. Mən insult keçirmiş adamam, qəfil xəbəri mənə çatdırdılar deyə huşumu itirdim. Ona görə də verilişə getməyə halım olmadı. Hətta o günü klinikada müayinə də olundum. İndi sosial şəbəkələrdə yazırlar ki, “Fatma xanım yalan danışır”. Vəziyyətim əl vermədiyi üçün gedə bilmədim. Mən boyda qadın niyə yalan danışım ki? Gərək gedib efirdə yıxılardım? Gərək qanqaraçılıq olardı?! O ki, qaldı Ruhəngiz xanıma.. O böyük yox, çox böyük sənətkardır. Böyük sənətkar böyük sənətkarla birgə efirə çıxar da. Mən onun yanında kiməm ki?! Xahiş edirəm böyük sənətkarımızla məni üz-üzə qoymayın. Mənim onunla nə işim var ki? Dəfələrlə verilişlərdə birgə qonaq olmuşuq. Onunla efirə çıxmaq istəmirdimsə, elə əvvəldən çıxmazdım da. Gedin arxivi açın baxın görün nə qədər onunla verilişlərdə olmuşam. Ruhəngiz xanım məndən yaşca da kiçikdir. İnanıram və əminəm ki, o da mənə qarşı eynən belə fikirləşir. Biz sənət adamları o qədər də çox qalmamışıq. Bir-birimizin qədrini bilək. Həyat çox qısa və fanidir. Allah Ruhəngiz xanıma da, İsa oğluma da uzun ömür can sağlığı versin. Hazırda müayinə olunuram” deyə sənətkar bildirib.

Seçilən
47
1
moderator.az

2Mənbələr