AZ

Bakıda ev alarkən bu məqama baxın Sonradan gec olacaq

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dəniz mənzərəli mənzillər həm yaşayış, həm də investisiya baxımından hər zaman diqqət mərkəzindədir. Lakin bu cür evlərin cəlbedici görünüşü və yüksək qiyməti bəzən alıcıları gözlənilməz problemlərlə üz-üzə qoyur.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, dəniz mənzərəli ev anlayışı son illərdə daha çox dəbə minib və əsasən premium seqmentə aid edilir. "Hazırda şəhərdə həm dəniz mənzərəli, həm də ümumiyyətlə açıq mənzərəyə malik mənzillərin sayı xeyli azalıb. Açığı, bu məsələyə ekspert kimi yanaşanda demək olar ki, burada daha çox fərdi zövq və həyat tərzi amili rol oynayır. Bəzi insanlar hündür mərtəbələri və geniş mənzərəni sevir, xüsusilə də dəniz mənzərəsinə üstünlük verirlər. Amma ölkəmizdə bu tip istehlakçıların sayı o qədər də çox deyil".Ekspert bildirib ki, digər tərəfdən, insanlar bəzən ev alarkən düşünürlər ki, eyvan olacaq, qarşısı açıq qalacaq və həmin mənzərə daim dəyişməz olacaq. "Halbuki mənzərə anlayışı bir çox hallarda müvəqqəti xarakter daşıyır. Zaman keçdikcə həm ətrafda yeni tikililər meydana çıxır, həm də insanın özü həmin mənzərəyə əvvəlki qədər önəm vermir. Bundan əlavə, balkon mədəniyyəti məsələsi də var. Məsələn, Türkiyədə insanlar balkonda çay içməyi, vaxt keçirməyi, istirahət etməyi çox sevirlər. Eyni yanaşma Kiprdə, Rusiyanın bəzi bölgələrində və digər ölkələrdə də müşahidə olunur. İnsanlar balkonu yaşayış məkanının bir hissəsi kimi istifadə edirlər".Onun sözlərinə görə, Azərbaycanda isə balkon mədəniyyəti o qədər də formalaşmayıb. "Bunun da müəyyən səbəbləri var. Əsas səbəblərdən biri külək və toz amilidir. Bu kimi nüanslar insanların açıq məkanlardan istifadə vərdişlərinə təsir edir. O ki qaldı mənzərəli ev almaq və düşünmək ki, gələcəkdə qarşı tərəf tam açıq qalacaq, bu, yalnız bəzi hallarda, məsələn birinci və ya ikinci sırada yerləşən binalarda mümkün ola bilər. Ümumilikdə isə bu məsələ daha çox şəxsi seçim və gözləntilərlə bağlıdır".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
demokrat.az

1Mənbələr