Yazını böyüt
Yazını kiçilt
Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub.
Hafta.az xəbər verir ki, bi barədə Kurasao Futbol Federasiyası məlumat yayıb.
78 yaşlı mütəxəssis fevral ayında qızının səhhətindəku ciddi problemlərə görə bu komandadan ayrılmışdı. Onun yerinə Fred Rutten gətirilsə də, sonuncu mayın 11-də istefa verib.
Federasiya prezidenti Gilbert Martina bildirib ki, Advokatın dönüşü əvvəlcədən planlaşdırılmayıb və onun namizədliyi yalnız Ruttenin istefasından sonra müzakirə olunub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında iştirak edəcək Kurasao millisi qrup mərhələsində Almaniya, Ekvador və Kot-d’İvuarla qarşılaşacaq. Dik Advokat isə dünya çempionatları tarixinin ən yaşlı baş məşqçisi olacaq.