AZ

Alimlər əmrlə özünü məhv edən canlı plastik yaratdı

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Alimlər özünü məhv edə bilən yeni növ plastik hazırlayıblar. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, tədqiqatçılar materialın tərkibinə "yuxuda olan” bakterial sporlar və plastiki parçalaya bilən fermentlər daxil edərək onun tam şəkildə parçalanmasını cəmi 6 günə mümkün ediblər. Ən vacib məqam odur ki, bu proses zamanı zərərli mikroplastik qalıqları yaranmır.

Necə işləyir?

Tədqiqatda iki fermentli (düofement) sistemdən istifadə olunub. Alimlər "Bacillus subtilis” bakteriyalarını genetik proqramlaşdıraraq iki fərqli ferment istehsal etməsini təmin ediblər:

* Candida antarctica lipazası – plastik zəncirlərini ilkin mərhələdə parçalayır

* Burkholderia cepacia lipazası – polimerlərin tam depolimerizasiyasını təmin edir

Bu bakteriyalar polikaprolakton adlı plastikə daxil edilib. Bu material 3D çapda və tibbi cihazlarda istifadə olunur.

Aktivləşmə prosesi

Bakteriya sporları əvvəlcə passiv vəziyyətdə qalır. Lakin 50°C-yə qədər qızdırılmış qida mühiti əlavə edildikdə, sporlar aktivləşir və fermentlər plastik materialı parçalamağa başlayır. Tədqiqatçılardan biri olan Çjuczün Day bildirib: "Bu mikroorqanizmlərin daxil edilməsi ilə plastik ‘canlandırıla’ və istəyə uyğun şəkildə özünü məhv edə bilər".

Ekoloji əhəmiyyəti

Altı gün ərzində plastik tamamilə parçalanır və mikroplastik əmələ gəlmir. Bu isə ekoloji çirklənmə baxımından böyük üstünlük hesab olunur. Hazırkı prototip yalnız polikaprolaktona tətbiq edilsə də, alimlər bu texnologiyanın digər plastik növlərinə də uyğunlaşdırıla biləcəyini düşünürlər. Xüsusilə birdəfəlik plastiklər üçün bu yanaşma böyük potensial daşıyır.

Okean çirklənməsinə təsir

Plastik tullantıların böyük hissəsi okeanlara düşərək illərlə parçalanmadan qalır. Yeni texnologiya sayəsində bu materialların suda belə sürətlə parçalanması mümkün ola bilər ki, bu da qlobal plastik çirklənməsinə qarşı mühüm irəliləyiş sayılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
avtosfer.az

1Mənbələr