AZ

PSJ 8 il əvvəlki uğuruna yaxındı

PSJ Fransa Liqa 1-də mövsümün sonuna iki tur qalmış çempionluğa çox yaxındı.

"Football-plus.az" xəbər verir ki, paytaxt komandası turnir cədvəlində ən yaxın izləyicisi “Lans”ı 6 xal qabaqlayır və titulu rəsmiləşdirmək üçün yalnız 1 xal qazanmalıdı.

Maraqlıdı ki, PSJ növbəti matçını məhz “Lans”a qarşı keçirəcək. Paris klubu 21-ci əsrdə Fransa çempionatında ən yaxın rəqibi ilə oyunda çempionluğunu təmin edən 3-cü komanda ola bilər.

Buna ilk dəfə 2001/02 mövsümündə “Lion” nail olub. 2017/18 mövsümündə isə PSJ “Monako”nu 7:1 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.

Seçilən
8
2
football-plus.az

5Mənbələr