ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Su qıtlığı və iqlim böhranı pandemiya, müharibələr və dünyadakı münaqişələrlə birlikdə ərzaq təhlükəsizliyinin təmin edilməsinin aktuallığını daha da artırır. Bu gün biz, həmçinin “ərzaq proteksionizmi”nin qlobal yayılması kimi çağırışla üz-üzəyik. Xoşbəxtlikdən Türkiyə problemlərin qarşısını almaq üçün zəruri tədbirləri əvvəlcədən görüb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti addımlarında “Anbarın açarına sahib olan gücə sahibdir” prinsipinə əsaslanır:
“Bir tərəfdən balanslaşdırılmış xarici siyasət vasitəsilə Türkiyəni və xalqımızı qoruyuruq, digər tərəfdən isə 86 milyon vətəndaşın ərzaq təhlükəsizliyini təmin edirik. Mənfi amillərin təsirinin qarşısını almaq üçün böhranların ilk günündən ayıq-sayıq davranırıq. İranı və Körfəz regionunun qardaş ölkələrini sarsıdan eskalasiyanın Türkiyənin kənd təsərrüfatına da təsir göstərə biləcəyini anlayırıq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.