AZ

Ruhəngiz Allahverdiyeva NƏ HALA DÜŞDÜ

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

71 yaşlı əməkdar artist Ruhəngiz Allahverdiyeva yeni görünüşü və fərqli ifası ilə diqqət mərkəzinə düşüb.

Bakıvaxtı.az Milli.az-a istinadən xəbər verir ki, sənətçi illərdir sevilən "Məndən bir də olmayacaq" mahnısını bu dəfə fərqli üslubda təqdim edib. Ruhəngiz Allahverdiyeva məşhur bəstəni rok janrında səsləndirərək mahnıya yeni klip də çəkdirib.

Klipdən yayılan görüntülərdə müğənninin qeyri-adi obrazı və səhnə performansı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə onun rok tərzindəki imici izləyicilərin diqqətini çəkib.

Bəzi sosial media istifadəçiləri sənətçini ilk baxışda tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Digərləri isə Ruhəngiz Allahverdiyevanın fərqli imicdə görünməsini maraqlı və cəsarətli addım kimi qiymətləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
bakivaxti.az

1Mənbələr