AZ

Sumqayıtda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Mayın 12-də Sumqayıt şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

Far.Az xəbər verir ki, festivalda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

6 500-ə yaxın iştirakçı ilə Göyərçin parkında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

***18:36

Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə mayın 12-də Sumqayıt Dövlət Universitetində müəllim və tələbə heyətinin iştirakı ilə xüsusi sessiya keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin sektor müdiri Fərman Kazımov şəhərin yaranma tarixindən və 77 illik inkişaf yolundan bəhs edib. O, son 10 ildə Sumqayıtda şəhərsalma sahəsində tətbiq olunan yeniliklər barədə məlumat verib və WUF13 tədbirinin qlobal əhəmiyyətini vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu ölkəmizdə əldə olunan nailiyyətlərdən danışaraq, işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə diqqət çəkib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda müasir standartlara uyğun yaşayış məkanları formalaşdırılır, artıq 8 şəhərin baş planı, eləcə də 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılması təsdiqlənib.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Huseynzadə WUF13 barədə ətraflı məlumat verərək universitetin müəllim və tələbələrini Foruma dəvət edərək bildirib ki, tədbirin proqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.

WUF13 Festivalı axşam saat 18:00-da Göyərçin parkında keçirilən ictimai proqramla davam edib.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Seçilən
29
far.az

1Mənbələr